Braziliyada bir gündə 620 nəfər ölüb

Braziliyada bir gündə 620 nəfər ölüb
  17 Avqust 2020    Oxunub:2382
Braziliyada son 24 saat ərzində 620 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 107 852-yə yüksəlib. Yoluxma sayı 23 101 nəfər artaraq 3 340 197-yə çatıb. İndiyədək 2 432 456 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Brazilya   virus  





Xəbər lenti