Qazaxıstanda 103 mindən çox insan virusa yoluxub

Qazaxıstanda 103 mindən çox insan virusa yoluxub
  17 Avqust 2020    Oxunub:1862
Qazaxıstanda son sutka ərzində koronavirusa 337 yeni yoluxma faktı aşkarlanıb. Bundan əlavə, kliniki göstəriciləri olmayan 172 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə "CentralAsia" məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 103 033 yoluxma halı müəyyən edilib. İndiyədək 82 777 xəstə sağalıb.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 1-dən bu günə qədər ölkədə 18 606 nəfər virusa yoluxub, onlardan 218-i vəfat edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   virus  





Xəbər lenti