Muxtar respublikada 1173 yeni iş yeri açılıb

Muxtar respublikada 1173 yeni iş yeri açılıb
  29 İyun 2019    Oxunub:1207
Bu ilin birinci yarısında muxtar respublikada 1173 yeni iş yeri açılıb ki, bunun da 99 faizi daimi iş yerləridir.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov deyib.

Komitə sədri bildirib ki, muxtar respublikada 219 milyon 443 min dollar dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

"İxracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 191 milyon 612 min dollar təşkil edib, 164 milyon dollara yaxın müsbət saldo yaranıb".

Azvision.az


Teqlər: Naxçıvan   İş  





Xəbər lenti