Paşinyan Putinin inaqurasiyasında iştirak etməyəcək

   Paşinyan Putinin inaqurasiyasında iştirak etməyəcək
  06 May 2024    Oxunub:850
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.
Bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O bildirib ki, Baş nazir qeyd olunan tədbirlə bağlı Moskvaya getməyəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Vladimir Putin seçkilərdə qələbə qazanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti