Fələstinə dəstək aksiyalarını Baydenin sponsorları maliyyələşdirir

   Fələstinə dəstək aksiyalarını    Baydenin sponsorları    maliyyələşdirir
  06 May 2024    Oxunub:738
ABŞ-da Fələstin tərəfdarlarının keçirdiyi etiraz aksiyalarının arxasında duran bəzi təşkilatlar prezident Co Baydenin seçki kampaniyasının donorlarından maliyyə dəstəyi alır.
AzVision.az “Politico” nəşrinin təhlilinə istinadən xəbər verir ki, Kolumbiya Universitetində və digər kampuslarda “Jewish Voice for Peace (Sülh üçün Yəhudi Səsi)” və “IfNotNow (Əgər bu gün də olmasa)” keçirilən dəstək tədbirləri maliyyəçi və tanınmış xeyriyyəçi Corc Soros tərəfindən təsis edilmiş “Tides” fondu tərəfindən maliyyələşdirilir.

Fond, öz növbəsində, “sosial dəyişiklik üçün” çalışan bir çox kiçik qeyri-kommersiya təşkilatlarını dəstəkləyir. Keyri-kommersiya təşkilatlarının vergi hesabatlarına əsasən, özünü antisionist vəqf adlandıran “Jewish Voice for Peace” təşkilatına “Tides” son 5 ildə təxminən 500 min dollar ayırıb.

Əvvəllər “Tides”ə maliyyə yardımı göstərən “Bill və Melinda Geyts” fondu artıq vəqfə qrant verədiyini , “Sülh üçün Yəhudi Səsi”ni və ya “IfNotNow”u dəstəkləmədiyini bildirib. Corc Soros isə, ümumiyyətlə, məsələ ilə bağlı şərh verməkdən imtina edib.

“Tides”, həmçinin “Rokfeller qardaşları” Fondunun idarə heyətinin üzvü Devid Rokfellerdən maliyyə dəstəyi alır - təşkilat 2022-ci ildə fonda 300 min dollar ayırıb. Fondun verdiyi açıqlamaya görə, təşkilat siyasi fəaliyyətləri və ya kampaniyaları dəstəkləyə bilməz və qəyyumların şəxsi siyasi ianələrində iştirak etmir.

“Hər üç portfel üzrə qrant alanlarımız geniş siyasət ideyalarını dəstəkləyir – bəziləri Bayden administrasiyasının gündəliyinə uyğundur, digərləri isə onunla ziddiyyət təşkil edir. Bu mürəkkəblik bizim bitərəf işimizin ayrılmaz hissəsidir”, - fondun kommunikasiyalar üzrə direktoru Sara Edkns deyib.

Fələstin tərəfdarlarının etirazlarında iştirak edən bir neçə digər qrup “Hyatt” otel imperiyasının varisləri olan Susan və Nik Pritzkerlər tərəfindən maliyyələşdirilən bir fond, həmçinin Bayden tərəfdarları və bir sıra demokratik kampaniyalar tərəfindən dəstəklənir. Məsələn, onlar bir neçə ay əvvəl Baydenin Qələbə fonduna 6,600 dollar, 2020-ci il kampaniyasına zamanı isə 300 min dollardan çox ianə veriblər. Sol təmayüllü təşkilatların bəzi məsləhətçiləri bildirirlər ki, bu xeyriyyəçiliklə bağlı vəziyyətin yalnız bir hissəsidir.

Baydenin, habelə demokratlar partiyasından pezidentliyə namizəd Hillari Klintonun məsləhətçisi olmuş Kevi Konlon bəzən donorun hətta onun şəxsi baxışlarına zidd hərəkət edən bir təşkilata və ya namizədə də pul verə biləcəyini iddia edib.

“Sülh üçün Yəhudi Səsi” Baydenə qarşı kütləvi etirazlarda, o cümlədən mart ayında onun ianə toplama mərasimində “soyqırım tərəfdarı” şüarının səsləndirilməsində lider olub. İsrailin HƏMAS hərəkatı ilə müharibəsi başalayandan sonra hərəkat öz bəyanatında “bütün bu zorakılıqların mənbəyi” olan “İsrail aparteidini işğalda, ABŞ-ni bu zülmə “şəriklikdə” günahlandırıb.

Qeyd edək ki, ötən ilin oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra ABŞ Təl-Əvivi dəstəkləsə də, Vaşinqton onu Qəzza bölgəsində yerüstü hərbi əməliyyatları genişləndirməməyə çağırıb.

Bununla belə, aprelin sonlarında ABŞ İsrailə 26,38 milyard dollarlıq yardım paketi ayırıb. Co Bayden isə Fələstin tərəfdarlarının ABŞ-da keçirdiyi protest aksiyalarının Vaşinqtonun münaqişə ilə bağlı siyasətinə təsir göstərməyəcəyini vurğulayıb.

Amma “Axios” informasiya portalnın məlumatına görə, müharibə başlayandan bəri ABŞ keçən həftə ilk dəfə olaraq İsrailə hərbi yardım nəqlini tamamilə dayandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fələstin   tərəfdarlar   maliyyə  





Xəbər lenti