Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
  27 İyun 2019    Oxunub:2082
İyunun 25-də saat 1 radələrində Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini H.Hüseynzadə vurulub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının törədərək hadisə yerindən yayınan “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini O.Əsgərov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti