Arvadı Ərdoğanın xilas etdiyi kişini tərk edib

Arvadı Ərdoğanın xilas etdiyi kişini tərk edib
  25 Aprel 2017    Oxunub:1594
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iki il əvvəl “Boğaziçi” körpüsündə intihara cəhd edərkən xilas etdiyi Vezir Çatraşı həyat yoldaşı tərk edib.
AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə ötən ay baş verib.

Prezidentin tapşırığına əsasən dövlət işində çalışan Çatraş evinə zəng edib. Telefonun məşğul olduğuna görə arvadına irad bildirib.

İşdən qayıdan Vezir Çatraş evin qapısının bağlı olduğunu, uşaqların ağladığını görüb: “Bir aydır həyat yoldaşımı axtarıram. Qızımın şəkəri qalxıb. Uşaqlarım analarını soruşurlar. Nə edəcəyimizi bilmirik. Həyat yoldaşımın geri qayıtmasını istəyirəm”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti