Ermənistanda parlament seçkiləri keçirilir

Ermənistanda parlament seçkiləri keçirilir
  02 Aprel 2017    Oxunub:2105
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir. AzVision.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq.
Seçkidə beş partiya - hakim Respublika, Kommunist, Daşnaksutyun, “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok - “Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edir.

Respublika Partiyasının lideri olan prezident Serj Sarkisyanın adı partiyanın seçki siyahısına daxil edilməyib. Seçki siyahısına müdafiə naziri Vigen Sarkisyan başçılıq edir.

Seçkilərdə hakim düşərgənin əsas rəqibləri qismində Ermənistan Milli Konqresi və “Ohanyan-Raffi-Oskanyan” bloku göstərilir.

AzVision.az


Teqlər: Ermənistan   Seçki   Parlament  





Xəbər lenti