FHN köməksiz qalan uşağı xilas edib

FHN köməksiz qalan uşağı xilas edib
  23 Mart 2017    Oxunub:1362
Bakıda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış uşaq xilas edilib.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan sonra nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə yollanıblar.

Onlar mənzilin qapısını açıblar və azyaşlını valideynlərinə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Uşaq   Xilasedici  





Xəbər lenti