Oqtay Əsədovdan etiraz: `Burada şok nə var ki?`

Oqtay Əsədovdan etiraz: `Burada şok nə var ki?`
  18 Dekabr 2015    Oxunub:5002
“ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit əvvəllər demokratlar, sonralar respublikaçılar, indi də erməni diasporasının üzvüdür”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Milli Məclis sədri təəssüflə qeyd edib ki, Kriss Smitin təqdim etdiyi qanun layihəsi ölkə mətbuatında şok hadisə kimi qiymətləndirir: “Burada şok nə var?! O, sadəcə adi deputatdır. Bu məsələni bu qədər şişirtmək böyük səhvdir”.

O. Əsədov vurğulayıb ki, ABŞ Konqrensində Azərbaycanın dostları da var: “Orada bizim konstruktiv deputatlarımız da var. Əminəm ki, bu qanun layihəsi qəbul edilməyəcək. Bu məsələnin indiki vaxtda salınmasının yalnız bir açıqlaması var. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi şəkildə əfv fəarmanları verir. Bəzi insanların günahları azaldılır. Hətta bu yaxınlarda, yəni 31 dekabrda əfv fərmanı hazırlanır. Onların məqəsədi odur ki, fərman qəbul edildikdən sonra desinlər ki, guya biz bu məsələyə təsir edə bildik. Ona görə də bu məsələlərə böyük diqqət göstərməməliyik”.

O.Əsədov bildirib ki, Ermənistan diasporunun ən radikal rəhbərlərindən biri Aram Hamparyan Twitter səhifəsində Smitlə ABŞ Konqresində çəkilmiş şəkil qoyub: “Qeyd edib ki, onun işini dəstəkləmək üçün ABŞ Konqresində Smitlə görüşlər keçirir. Bu göstərir ki, Kris Smit kimdir”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti