Ombudsman daun sindromlu uşaqlarla görüşdü
Qeyd edək ki, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin fəaliyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına və sosial adaptasiyasına yönəlib. Bu İctimai Birlik Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Reabilitasiya mərkəzi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.
İctimai Birliyin sədri Sevinc Abdullayeva rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verib, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və gənclərə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Teqlər: