Kral qəzaya düşdü

Kral qəzaya düşdü
  17 Sentyabr 2014    Oxunub:1542
İsveç kralı Karl XVI Qustav Drottnihol iqamətgahına getdiyi zaman avtomobil qəzasına düşüb.
AzVision.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, kralın olduğu avtomobil yolda hərəkət edən digər avtomobilə çırpılıb.

“Kralın içərisində olduğu avtomobilə ciddi ziyan dəyib, lakin krala heç bir xəsarət dəyməyib” – deyə, Krallığın mətbuat xidmətinin rəhbəri Marqret Turqren bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, kral özü qəzaya uğrayan avtomobildən düşərək digər avtomobilə əyləşib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti