DSMF-nın gəlir və xərcləri açıqlanıb

DSMF-nın gəlir və xərcləri açıqlanıb
  08 Dekabr 2016    Oxunub:2798
Milli Məclisdə "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi"nin müzakirəsinə başlanılıb.
AzVision.az xəbər verir ki, layihəni Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov təqdim edib.

Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 400,0 mln. manat proqnozlaşdırılır.

“Fondun xərclərinin 37,4%-i və ya 1 270,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6%-i və ya 2130,0 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək. Dövlət Sosial Müdafiə Fondundan (DSMF) əmək pensiyalarının ödənilməsinə gələn il 3 213,82 mln. manat ayrılması nəzərdə tutulub. Pensiya xərcləri bu illə müqayisədə 2,5% və yaxud 77,72 mln. manat artacaq”.

S.Müslümov qeyd edib ki, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər xərclər 1,5% və yaxud 1,55 mln. manat artırılaraq 104,4 mln. manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7% və yaxud 600 min manat artırılaraq 22,6 mln. manata çatdırılıb:

“Hamiləliyə və doğuşa görə xərclər 2,2% və yaxud 600 min manat artırılaraq 28,1 mln. manata, uşağın anadan olmasına görə xərclər 7,5% və yaxud 580 min manat azaldılaraq 7,2 mln. manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3% və yaxud 300 min manat artırılaraq 13,4 mln. manata, dəfn üçün xərclər 9,9% və yaxud 1,7 mln. manat azaldılaraq 15,5 mln. manata, işsizliyə görə xərclər isə 15,3% və yaxud 2,33 mln. manat artırılaraq 17,6 mln. manata çatdırılıb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti