Yanukoviç Putinə rədd cavabı verdi

Yanukoviç Putinə rədd cavabı verdi
  25 Fevral 2013    Oxunub:1551
Ukrayna prezidenti Viktor Yanukoviç maraqlı bəyanatla çıxış edib.
Ukrayna mətbuatı yazır ki, Yanukoviç ölkəsinin Rusiyanın “Qazprom” şirkətinə 7 milyard dollarlıq cərimənin ödənilməsi tələbini rədd etdiyini təsdiqləyib. “Ölkə ilə dialoq” verilişinin qonağı olan Yanukoviç bildirib ki, hazırda Ukrayna məsələ ilə bağlı Moskva ilə danışıqlar aparır.
Qeyd edək ki, yanvarın sonunda “Qazprom” Ukraynanın “Naftoqaz” şirkətinə 7 milyard dollarlıq cərimə yazıb. Buna cavab olaraq Ukrayna tərəfi 2012-ci ildə ötürülən qaza görə pulu tam ödədiyini deyərək rusların iddialarını rədd edib.


Teqlər:  





Xəbər lenti