“Rahiblər evlənməlidir”

“Rahiblər evlənməlidir”
  23 Fevral 2013    Oxunub:2302
Şotlandiyalı kardinal Keis Obrayn katolik rahiblərin evlənmək və övlad sahibi olmaq məsələsini gündəmə gətirib.
Şotlandiyadakı Roma Katolik Kilsəsinin kardinal Keis Obrayn BBC-yə verdiyi açıqlamasında rahiblərin subay qalmasının “dini bir kökü olmadığını” deyib və bu məsələnin yenidən gündəmə gətirilməlisini təklif edib.
Bir çox rahibin subay qalmaqdan məmnun olmadığını deyən Obrayn evlənməyi düşünmədiyini vurğulayıb və yalnız digər rahiblərin bu qərarı özlərinin verməsini daha məqbul sayıb.
Katolik kilsəsinin bəzi qollarında evlənməyə icazə verildiyini xatırladan kardinal, “Deməli, bunun dini bir kökü yoxdur və yenidən müzakirəyə çıxarıla bilər” deyib.



Teqlər:  





Xəbər lenti