Atəşkəs pozulub

Atəşkəs pozulub
  23 Fevral 2013    Oxunub:1314
Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu, kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti