Parlamentdə Elçibəylə bağlı təklif

Parlamentdə Elçibəylə bağlı təklif
  22 Fevral 2013    Oxunub:1375
Milli Məclisin bugünkü iclasında Nuru Paşanın və Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsi təklif edilib. Belə təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.
O qeyd edib ki, bu il Bakının işğaldan azad olunmasının 95, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının isə 75 illiyidir: “Qafqaz İslam Ordusunun rəhbəri Nuru Paşanın və Əbülfəz Elçibəyin xatirəsini əbədiləşdirmək üçün addımlar atmaq lazımdır. Azərbaycan üçün heç bir iş görməyən adamların adına yüzlərlə küçə, meydan var. Bu, Azərbaycanın tarixə baxışı nöqteyi-nəzərdən yanlışdır. Elçibəyin adına küçə, məktəb verilməsi, Nuru Paşanın adının əbədiləşdirilməsi yaxşı olar. Ola bilsin ki, kiminsə kimdənsə xoşu gəlmir. Amma tarixi xidməti olan şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək bizim millət kimi böyüklüyümüzü göstərər”.


Teqlər:





Xəbər lenti