Türkiyə və İran Qarabağ münaqişəsinin həllinə yardım etməlidir

Türkiyə və İran Qarabağ münaqişəsinin həllinə  yardım etməlidir
  05 İyun 2013    Oxunub:1255
ABŞ dövlət katibi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsində daha çox yardım göstərməli olan tərəf İran və Türkiyədir.

“Biz həqiqətən də dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini istəyirik”- ABŞ dövlət katibi Con Kerri, Vaşinqtonda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündə belə deyib.

“Bütün tərəflərin hələ də potensial təhlükə mənbəyi olaraq qalan bu münaqişəni dirəndiyi dalandan çıxarması çox vacibdir. Bütün tərəflər deyəndə mən təbii ki, Azərbaycan və Ermənistanla yanaşı Türkiyə, Rusiya, İran və digər qonşuları nəzərdə tuturam”-deyə ABŞ dövlət departamentinin saytı Kerriyə istinadən yazır.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüş zamanı Azərbaycan və ABŞ arasında qarşılıqlı əlaqələr və Qarabağ problemi müzakirə edilib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti