“Sərkisyana deyin, mən satılmıram”
“Mən həmişə seçkiqabağı rüşvətin əleyhinə olmuşam. Ancaq bu dəfə bunu etməyimə səbəb bu zərfin Sərkisyana çatdırılmaq istəyimdir. Qoy, o anlasın ki, heç də hamı satılmır”,-deyə vətəndaş bildirib. Onun sözlərinə görə, o, bununla öz etirazını bildirib. Seçici qadın rüşvət alan digər vətəndaşları da analoji etiraza səsləyib:Qoy bu pulların qaytarılması aksiyası başlasın. O pulları qaytarsınlar və vicdanlarını azad etsinlər”.
Qadın teleşirkət rəhbərliyindən seçki qutusuna atdığı 5 min dramın taleyi ilə maraqlanmalarını xahiş edib.