Hökumət haqlıdırmı, yaxud qiymətlər əslində necə olmalıdır? – TƏHLİL

Hökumət haqlıdırmı, yaxud qiymətlər əslində necə olmalıdır? – TƏHLİL
  02 Mart 2015    Oxunub:9157
Son günlər belə fikirlərə tez-tez rast gəlirik ki, hökumətin inzibati yollarla qiymət artımının qarşısını almaq cəhdi a) effektsizdir və b) qiymətin yaranmasının azad bazar prinsiplərinə ziddir. Gəlin baxaq, doğrudan da belədirmi? Və hökumət qiymət artımının qarşısını inzibati yollarla almaqda haqlıdırmı?

Biz kütləvi istehlak, ilk növbədə də ərzaq məhsullarını haradan alırıq? Ölkəmizin əsas ticarət tərəfdaşları bunlardır: Rusiya, Türkiyə, Ukrayna, İran, Gürcüstan, Avropa Birliyi. Gəlin, son iki ildə bu ölkələrdə valyutaların dəyişməsi qrafikinə nəzər salaq.

Başa düşmək lazımdır ki, əgər istənilən ölkənin milli valyutası xarici valyutanın (bu halda ABŞ dollarının) qarşısında zəifləyirsə, məhsulun dollar ekvivalentində qiyməti də düşür. Beləliklə:

Avro 2013-2014-cü illərdə 18,5% zəifləyib:



Rubl dollar qarşısında 116% zəifləyib:



Türkiyə lirəsi 37% zəifləyib:



İran riyalı 100%-dən çox düşüb:



Gürcü larisi 33% enib:



Ukraynada qrivna 350% zəifləyib:



Aydındır ki, milli valyutanın düşməsi qiymətlərin qalxması ilə müşahidə olunur. Ona görə də, həmin ölkələrdəki infliyasiyanı analiz edək:

Avropa Birliyi – 2013: +0,99% , 2014: -0,08%. Kobud şəkildə cəmləsək, 2 ildə +0,91%
Türkiyə - 2013: +8,17, 2014: +9,8%. Bir yerdə +17,97%
Ukrayna - 2013: +0,50%, 2014: +24,87%. Bir yerdə: +25,37%
İran – 2013: +28,10%, 2014: 38,4%. Bir yerdə +66,50%
Gürcüstan – 2013: -0,50%, 2014: +2,9%. Bir yerdə +2,4%
Rusiya – 2013: +6,5%, 2014: +11,36%. Bir yerdə +17,86%

İndi isə iki il ərzində qiymətlərin dollarla dəyişməsini hesablayaq. Bunun üçün kursun dəyişməsinin faiz göstəricisindən infliyasiyanı çıxaq. Məlum olur ki, həmin ölkələrdə qiymətlər dollar ekvivalenti ilə bu qədər dəyişiblər:

Avropa Birliyi: -18,5+0,91= -17,59%
(Yəni AB ölkələrinin məhsulları dollar ekvivalenti ilə 17,59% ucuzlaşıblar)
Rusiya: -116+17,86=-98,14%
Türkiyə: -37+17,97=-19,03%
Gürcüstan: -33% +2,4=-30,6%
Ukrayna: -350+25,37=-324%

Beləliklə, məlum olur ki, son iki ildə Azərbaycana gətirilən məhsulların qiymətləri davamlı olaraq ucuzlaşıb. Bəs bütün bu müddətdə Azərbaycanın özündə həmin malların qiyməti düşübmü? Sual, təəssüf ki, ritorikdir...

Deməli, həmin məhsulları Azərbaycana gətirən şirkətlər manatın sabit qaldığı dövr ərzində AB-dən gələn mallarda 17,59%-dən başlayaraq, Ukraynadan gələn mallarda 324%-ə qədər əlavə marja əldə ediblər (yəni xeyir götürüblər).

İndi, manat 34% düşəndən sonra bu marja azalıb, amma yenə də Rusiyadan, Ukraynadan, İrandan gələn məhsullar üçün mənfi olmayıb. Yəni sırf iqtisadi nöqteyi-nəzərdən bu ölkələrdən gətirilən malların qiyməti qalxmamalıdır!

Qiymət artımı AB-dən gələn mallarda maksimum +16,41%, Türkiyədən gələn mallarda maksimum +14,97%, Gürcüstandan gələn mallarda maksimum +3,4% ola bilər. Yəni 34% bahalaşma haqqında hətta nəzəri olaraq belə, danışmaq mümkün deyil.

Demək, hökumət inzibati yolla qiymət artımının qarşısını almaqda tamamilə haqlıdır. Və hətta sosial ədaləti ayaq altına atan möhtəkirlərlə daha amansız mübarizə aparsa, yenə də haqlı olacaq!

Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru



Teqlər:  





Xəbər lenti