Atatürkün əsl boyu açıqlandı
Baş Qərargah Mustafa Kamal Atatürk üçün xüsusi bir internet səhifəsi hazırlayıb. Saytda ulu öndərin həyat və fəaliyyəti haqqında məlumatlar və fotolarla yanaşı, yazdığı əsərlər, məqalələr və sənədlər də yer alıb.
Sözügedən internet portalında Mustafa Kamal haqqında biometrik məlumatlara da yer verilib. Məlumatlara əsasən, Atatürkün boyu 1,74 sm, çəkisi 74-76 kq, ayaqqabısının ölçüsü isə 42 olub.