İsraillə HƏMAS danışıqları

İsraillə HƏMAS danışıqları
  16 Fevral 2013    Oxunub:2205
Misirdə İsrail və Fələstinin HƏMAS qruplaşması arasında danışıqlar gedir. Bu barədə APA MIGnews.com-a istinadən məlumat verir.
Məlumata əsasən, tərəflər Qəzza zolağının blokadasının zəiflədilməsini, o cümlədən Rəfa keçid məntəqəsinin açılışını müzakirə edirlər.
Misir tərəfi danışıqlarda vasitəçi qismində iştirak edir.
Xatırladaq ki, Qəzza zolağının blokadası 2006-cı ildə israilli əsgər Gilad Şalitin fələstinlilər tərəfindən oğurlanmasından sonra başlayıb. Gilad Şalit 2011-ci ildə azad edilib. Qəzza zolağına HƏMAS qruplaşması nəzarət edir.


Teqlər:  





Xəbər lenti