İlham Əliyevdən xanım Prezidentə təbrik məktubu

İlham Əliyevdən xanım Prezidentə təbrik məktubu
  15 Fevral 2013    Oxunub:2071
Prezident İlham Əliyev Litva dövlətinin bərpası günü münasibətilə Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu göndərib.
AzVision.az-ın məlumatına görə məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Litva dövlətinin bərpası günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Azərbaycan-Litva münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsinə öz müsbət təsirini göstərir.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda səylərimiz bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına sülh və firavanlıq diləyirəm”.


Teqlər:  





Xəbər lenti