Brüsseldə Xocalı yürüşü

Brüsseldə Xocalı yürüşü
  15 Fevral 2013    Oxunub:1660
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Brüsseldə yürüş keçiriləcək.
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Belçika Azərbaycanlıları Cəmiyyətinin və Azərbaycan Tələbələr Forumunun birgə təşkilatçılığı ilə fevralın 26-da saat 16:00-da "Xocalıya Ədalət" şüarı altında yürüş mitinq keçiriləcək.
Cəmiyyətdən SalamNews-a verilən məlumata görə, yürüş Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Ermənistan səfirliyi önündən başlayacaq və Avropa Komissiyası qarşısında bitəcək. Aksiyanın keçirməklə tələbimiz Avropa İttifaqının bu hadisəni soyqrım aktı kimi qəbul etməsi və bu məsələyə hüquqi qiymət verməsidir. Yürüşə Belçikada, eləcə də Avropa məkanının digər ölkələrində yaşayan azərbaycanlıların da qatılacağı gözləniləndir.
Yürüşdə Belçikada yaşayan gənclərimizə erməni terrorunu əks etdirən köynəklər paylanılacaq, eyni zamanda, 500-dək Xocalı faciəsini anladan ingilis və fransız dillərində bukletlər yürüş boyunca şəhər sakinlərinə paylanacaq. Yürüş üçün icazəni isə Brüssel polisi rəsmən verib. Yürüşdə təhlükəsizliyin təmin olunması üçün polis aksiya iştirakçılarını yürüş başlayan saatdan sona qədər müşayiət edəcək. Aksiya Avropa Parlamentinə, Avropa İttifaqına müraciətin oxunması ilə bitəcək.



Teqlər:





Xəbər lenti