Yay depressiyasının öhdəsindən necə gəlmək olar? – Psixoloqdan tövsiyələr

 Yay depressiyasının öhdəsindən necə gəlmək olar? –  Psixoloqdan tövsiyələr
  10 İyun 2026    Oxunub:467
Psixoloq, Mehriban Heydərova bildirib ki, yay depressiyasının öhdəsindən gəlmək üçün sağlam qidalanma rejiminə riayət etmək vacibdir. Onun sözlərinə görə, uzun müddət davam edən narahatlıq və yuxusuzluq hallarında mütəxəssisə müraciət etmək lazımdır.
AzVision.az-a danışan psixoloq qeyd edib ki, iki həftədən artıq davam edən əsəbilik, narahatlıq, yuxusuzluq, gündəlik fəaliyyətlərə marağın itməsi, həddindən artıq yorğunluq hissi, apatiya və ya kəskin əhval dəyişiklikləri yay depressiyasının əlamətləri ola bilər.

“Bu vəziyyətin adi yorğunluqdan əsas fərqi ondadır ki, istirahət günlərindən sonra da keçmir və insanın gündəlik həyatına mane olmağa başlayır. İlk növbədə yuxu rejimini bərpa etmək, düzgün qidalanmaq, kifayət qədər su içmək, sərin mühitdə olmaq və gündəlik rejimə əməl etmək lazımdır. Zərurət yaranarsa, mütəxəssis dəstəyinə müraciət edilməlidir. İlin bu fəslində hər kəsin özünü mütləq xoşbəxt hiss etməsi vacib deyil. Əsas məsələ insanın öz vəziyyətinə diqqətlə yanaşmasıdır”, – Heydərova vurğulayıb.

Qeyd edək ki, yağlı və yüksək dərəcədə emal olunmuş qidalar depressiya və təşviş pozuntularının inkişaf riskini artıra bilər. Onun sözlərinə görə, bu, həmin qidaların bağırsaq mikrobiomuna mənfi təsiri ilə əlaqədardır.


Teqlər: Psixologiya  



Xəbər lenti