Eldar İbrahimov təriflədi

Eldar İbrahimov təriflədi
  15 Fevral 2013    Oxunub:2356
“Azərbaycan gəncliyi böyük potensiala malikdir. Eyni zamanda, YAP Gənclər Birliyinin timsalında ölkəmizdə yüksək intellektə malik gənclər ordusu formalaşıb”.
Bu fikirləri Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, hazırda partıyanın gəncləri bir sıra maraqlı layihələr həyata keçirirlər. Onun sözlərinə görə, bu layihələrdən biri də «Qış məktəbi»dir. “Bu layihə çərçivəsində Oğuz rayonunda gənclərlə keçirilən görüş yüksək təəssürat yaratdı. Əminliklə söyləmək olar ki, Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsidir, dövlətçiliyimizin qorunmasında və inkişafında müstəsna rol oynayır. Eyni zamanda, Azərbaycan gəncliyinin avanqard qüvvəsi olan YAP Gənclər Birliyinin fəaliyyəti çox təqdirəlayiqdir. Hesab edirəm ki, yüksək intellektli gənclərin YAP-ın sıralarına qoşulması onların partiyamızın ideya və prinsipləri ətrafında birləşmək istəyi ilə bağlıdır” - deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
(yap.org)


Teqlər:





Xəbər lenti