Suraxanıda evdən kişi meyiti tapıldı

Suraxanıda evdən kişi meyiti tapıldı
  19 Mart 2021    Oxunub:1414
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1973-cü il təvəllüdlü Abdulov Nadir Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Bakı   Ev   Xilasetmə   Meyit  





Xəbər lenti