Daha iki küçə əsaslı təmir edilib

Daha iki küçə əsaslı təmir edilib
  18 Mart 2021    Oxunub:1698
Vətəndaşların gediş-gəlişinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xəzər və Suraxanı rayonları ərazisində kompleks tədbirlər həyata keçirilir.
AAYDA-dan Azvision.az -a verilən məlumata görə, sözügedən rayonların Binə qəsəbəsi və Südçülük sovxozu yaşayış massivində 2 küçənin əsaslı şəkildə təmiri aparılaraq yekunlaşdırılıb.

Məlumata görə, işlərin aparıldığı Elmir Orucov və Xəqani küçələrində zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb.



Qeyd edək ki, sözügedən küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində hər iki yol boyu çalalar və çökmələr əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olur, yol örtüyü deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Uzunluğu 370 metr , eni isə 6 metr olan Xəqani küçəsinin təmiri zamanı ilk növbədə çirkli gölməçələrin qurudulması və küçə boyu müvafiq təmizləmə işlərinin aparılması həyata keçirilib. Daha sonra tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan təmir-tikinti işləri çərçivəsində lazımi materialdan istifadə edilərək 20 sm qalınlığında yeni yol yatağı, optimal-qırmadaş qarışığından isə yol inşası işləri aparılıb. Bunun ardınca küçəyə yeni asfalt-beton örtüyü döşənib.



Təmir edilən Elmir Orucov küçəsinin uzunluğu 790 metr, ortalama eni isə 6 metrdir.

Yenidənqurma işləri çərçivəsində küçə boyu yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yeni yol yatağı hazırlanıb. Ardınca əsasın alt layı karxana çınqılı, üst layı isə qum-qırmadaş qarışığından istifadə edilərək tikilib və yeni asfalt-beton örtüyü döşənib.

İlk növbədə, örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü olan qəsəbədaxili küçə və yollarda təmir-bərpa işləri həyata keçirilir. Bütün bu işlər isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.



Ümumilikdə, Xəzər və Suraxanı rayonları üzrə təmir-bərpa işlərinin görüldüyü küçələr vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün bu işlərin aparılması gediş-gəlişin rahatlaşmasına gətirib çıxarır.

Növbəti mərhələlərdə agentlik tərəfindən sözügedən rayonlar üzrə digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Bakı   Küçə   Təmir  





Xəbər lenti