Qanunsuz ov edənlər məhkəməyə verildi

Qanunsuz ov edənlər məhkəməyə verildi
  18 Mart 2021    Oxunub:1502
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Gülməmmədli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Sumqayıt şəhər sakinləri N.Quliyev, İ.Adiyev və Cəlilabad rayon sakini S.Həsənli saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, qanunsuz ov edənlərdən 1 ədəd “MR-153” markalı ov silahı, həmin silaha aid 80 ədəd patron, ov üçün müxtəlif vasitələr, durbin və qanunsuz olaraq ovlanmış 3 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.1-ci (Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: Ov   Məhkəmə  





Xəbər lenti