Keçmiş məhkumdan narkotik götürüldü

Keçmiş məhkumdan narkotik götürüldü
  18 Mart 2021    Oxunub:1123
Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Məmətiyev saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 7 qram narkotik vasitə marixuana aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq T.Məmətiyevin Qullar kəndində yaşadığı evə də baxış keçirilib və oradan 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti