Balakən sakinindən silah götürülüb

Balakən sakinindən silah götürülüb
  12 Mart 2021    Oxunub:1446
Balakən sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Şambul kənd sakini Rafael Saramanovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi və həmin tüfəngə aid patronlar aşkar edilərək götürülüb.

R.Saramanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.

Azvision.az


Teqlər:





Xəbər lenti