Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb

   Şabranda ev yanıb,    3 nəfər xəsarət alıb
  10 Mart 2021    Oxunub:1960
Şabran rayonunun Şahnəzərli kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 185 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Şabran   Ev   Yanğın  





Xəbər lenti