"Azərlotereya” vətəndaşlara müraciət etdi

"Azərlotereya” vətəndaşlara müraciət etdi
  10 Mart 2021    Oxunub:2472
"Azərlotereya” lotereya həvəskarlarına müraciət edib.
Azvision.az xəbər verir ki, müraciətdə deyilir:

" "Azərlotereya” ASC tərəfindən təşkil olunan “Yeni Binqo” tirajlı lotereyasının keçirilməsinə 02.03.2021-ci il tarixdən etibarən xitam verilib. "Yeni Binqo" tirajlı lotereyasında oynanılan və udulmayan iri pul mükafatları (“CekPot” 10 000 manat, ”MeqaPot” 49 000 manat, “Binqo” 47 000 manat, “Super Binqo” 23 000 manat və “Fortuna” 45 000 manat) cəmi 174 000 manat olmaqla 05 aprel 2021-ci il tarixdən etibarən “4+4” tirajlı lotereyasının “CekPot” pul mükafatına əlavə olunur və həftədə 3 (üç) dəfə olmaqla (bazar ertəsi, çərşənbə və cümə günləri) saat 21:00-da Space TV kanalı vasitəsilə yayımlanacaq.

Lotereya biletlərini satış məntəqələrindən və www.azerlotereya.com internet saytı vasitəsilə əldə edə bilərsiniz".

Azvision.az


Teqlər: Azərlotereya   Müraciət  





Xəbər lenti