İcra nümayəndəliyindən oğurluq etdi - FOTO

İcra nümayəndəliyindən oğurluq etdi -    FOTO
  10 Mart 2021    Oxunub:2347
İsmayıllı rayonu Cülyan kənd icra nümayəndəliyinin inzibati binasından 1700 manat dəyərində kompüter dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi hadisə yerinə baxış keçirilib.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş İsrəfil Alızadə saxlanılıb. Oğurladığı kompüterlər isə Quşencə kəndində yaşadığı evdən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti