Yevlax sakinindən tapança götürüldü

Yevlax sakinindən tapança götürüldü
  10 Mart 2021    Oxunub:2754
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Bayram Qurbanov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Naqan” sistemli revolver tapança və həmin silaha aid 6 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti