10 boksçumuz beynəlxalq turnirə qatılacaq

10 boksçumuz beynəlxalq turnirə qatılacaq
  17 Avqust 2018    Oxunub:3135
Avqustun 18-24-də Rusiyanın Qroznı şəhərində kişi boksçular arasında beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Boks Federasiyasından AzVision.az-a verilən məlumata görə, Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan sayca 10-cu yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Yığmamızın məşqçilər korpusu Qroznıda 10 boksçuya şans verəcək. Komandamız turnirdə Qoşqar Səfərli (52 kq), Sərxan Əliyev (60 kq), Fərid Ağamoğlanov, Elvin İsayev, Niyaməddin Allahverdiyev (hər üçü 64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Tural Həsənov, Rahil Məmmədli (hər ikisi 91 kq) və Məhəmməd Abdullayev (+91 kq) ilə təmsil olunacaq.

Millimiz səfərə bu gün yola düşəcək.

AzVision.az


Teqlər: Boks   Yığma   Yarış  





Xəbər lenti