Qızlardan ibarət Azərbaycan yığması BATE – “Qarabağ” matçını izləyəcək.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Borisov Arenada keçiriləcək BATE – “Qarabağ” oyununda təmsilçimizi dəstəkləmək üçün stadionda olacaq.