Əliyar Ağayev pley-off mərhələsinin oyununda

Əliyar Ağayev pley-off mərhələsinin oyununda
  09 Avqust 2018    Oxunub:6892
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Yaqelloniya” (Polşa) – “Gent” (Belçika) cütünün qalibi ilə “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa) qarşılaşmanın qalibi arasında avqustun 23-də keçiriləcək oyunun baş hakimi Əliyar Ağayev olacaq.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

AzVision.az


Teqlər: Hakim   Əliyar-Ağayev   Avroliqa  





Xəbər lenti