Güləşçimiz Avropa çempionatının finalında

Güləşçimiz Avropa çempionatının finalında
  04 Avqust 2018    Oxunub:11929
Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatının beşinci günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə güləşçimiz Ukrayna idmançısına da heç bir şans verməyib və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.

Orxan Abbasov (79 kq) isə Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqə əldə edib. Moldova idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

Doxsan yeddi kiloqram çəkidə yarışan Alimaqomed Alixmoyev bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi rusiyalı güləşçi olacaq.
Əliabbas Rzazadənin (57 kq) də bürünc medal qazanmaq şansı var.

Final görüşləri avqustun 4-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti