Cüdoçularımız Zaqrebdə üç medal qazanıb

Cüdoçularımız Zaqrebdə üç medal qazanıb
  30 İyul 2018    Oxunub:13346
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. Beynəlxalq turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb.
Azərbaycan Cüdo Federasiyasından AzVision.az-a verilən məlumata görə, 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədli Mehdiyev turnirin bürünc medalını qazanıb. Bundan əvvəl Rüstəm Orucov (73 kq) və Elxan Məmmədov (90 kq) bürünc medal əldə etmişdilər.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı Qran-Pridə Azərbaycan millisi 11 cüdoçu (10 kişi, 1 qadın) ilə təmsil olunub.

AzVision.az


Teqlər: Cüdo   Zaqreb  





Xəbər lenti