“Qəbələ” iki yoldaşlıq oyunu keçirəcək

“Qəbələ” iki yoldaşlıq oyunu keçirəcək
  27 İyul 2018    Oxunub:11615
“Qəbələ” futbol klubu yeni mövsümə hazırlıqları ardıcıl davam etdirir.
AzVision.az xəbər verir ki, baş məşqçi Sənan Qurbanovun yetirmələri avqustda başlayacaq Topaz Premyer Liqasının ilk turunadək iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” iyulun 31-də əvəzedici komanda ilə qarşılaşacaqlar.

“Qəbələ”nin ikinci yoldaşlıq görüşü avqustun 4-də oynanılacaq. Komandanın bu görüşdəki rəqibinin adı yaxın günlərdə açıqlanacaq.

AzVision.az


Teqlər: Futbol  





Xəbər lenti