Ronaldo “Real Madrid”dən ayrıldı

Ronaldo “Real Madrid”dən ayrıldı
  11 İyul 2018    Oxunub:14567
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo İspaniyanın "Real Madrid" klubunu tərk edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldo İtaliyanın "Yuventus" klubuna keçib. Məlumatı klub rəsmiləri təsdiqləyib.
Bildirilib ki, futbolçu karyerasını “Yuventus”da davam etdirəcək. Ronaldonun yeni klubu ilə 4 illik müqavilə bağlayacağı, 120 milyon avro qazanacağı deyilir.

Qeyd edilir ki, “Yuventus” ulduz fulbolçunun transferi üçün “Real”a 105 milyon avro ödəyəcək.

AzVision.az


Teqlər: Ronaldo   Yuventus   Real-Madrid  





Xəbər lenti