Argentina məğlub oldu, Fransa 1/4 finalda - Yenilənib

Argentina məğlub oldu, Fransa 1/4 finalda - Yenilənib
  30 İyun 2018    Oxunub:12717
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsinə start verilib.
AzVision.az xəbər verir ki, ilk oyunda Fransa millisi Argentina yığması ilə qarşılaşır. “Kazan Arena”da keçirilən görüşün baş hakimi iranlı Alireza Faqanidir.

**
Görüşdə hesabı Fransa millisi açıb.
***

Argentina millisinin üzvü Di Mariyanın 41-ci dəqiqədə vurduğu cavab qolu ilə matçda hesab bərabərləşib.

***

Görüşün ikinci hissəsinin ilk dəqiqələrində Argentina millisi hesabda önə keçib. Hazırda hesab 2:1 Messinin komandasının xeyrinədir.

***
Oyunun 57-ci dəqiqəsində Fransa hesabı bərabərləşdirib.

***

Fransızlar daha bir qol vuraraq hesabda önə keçiblər. Hazırda Argentina millisi 2:3 hesabı ilə məğlub durumdadır.

***
Fransanın ardıcıl hücumları öz bəhrəsini verir. Oyunun 69-cu dəqiqəsində Argentina millisinin qapısına 4-cü qolu vurmaq mümkün olub. Hesab 4:2-dir.

***

Günün ilk oyunu Fransa millisinin güclü rəqibi Argentina qarşısında 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Argentina mundialla vidalaşıb, fransızlar isə dörddəbir fina mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, Fransa dörddəbir finalda Uruqvay-Portuqaliya matçının qalibi ilə qarşılaşacaq.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti