DÇ-2018-də erkən final - Fransa Argentinaya qarşı

DÇ-2018-də erkən final - Fransa Argentinaya qarşı
  30 İyun 2018    Oxunub:8873
Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə start veriləcək.
AzVision.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.

İlk oyunda Fransa və Argentina milliləri üz-üzə gələcək. Erkən final adlandırılan matçın start fiti saat 18:00-da çalınacaq. Görüşün baş hakimi iranlı Alirza Faganidir.

Digər görüşdə isə Uruqvay və Portuqaliya milliləri qarşılaşacaq. Qarşılaşma saat 22:00-da başlayacaq. Matçı meksikalı hakim Sezar Arturo Ramos idarə edəcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: DÇ:2018  





Xəbər lenti