DÇ-2018: Kolumbiya və Yaponiya 1/8 finalda

DÇ-2018: Kolumbiya və Yaponiya 1/8 finalda
  29 İyun 2018    Oxunub:5672
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının H qrupunun oyunları yekunlaşıb.
AzVision.az xəbər verir ki, qrupun son oyununda Kolumbiya Seneqalı, Polşa isə Yaponiyanı 1:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq qrup birincisi kimi 1/8 finala çıxıb.

Yaponiya və Seneqal yığmalarının hər ikisi qrup mərhələsini 4 xalla başa vurub. Komandaların topladığı xallar və digər göstəriciləri bərabər olduğundan, oyunlarda ən az vərəqə alan Yaponiya yığması növbəti mərhələyə layiq görülüb.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti