Nigeriyalı futbolçu “Qəbələ”yə keçdi

Nigeriyalı futbolçu “Qəbələ”yə keçdi
  27 İyun 2018    Oxunub:3450
2018/2019-cu il mövsümünün hazırlığını Sloveniyada davam etdirən “Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib. “Qırmızı-qaralar” nigeriyalı futbolçu Ceyms Adeniyini heyətinə qatıb.
AzVision.az kluba istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Nigeriyanın U-17 yığmasında çıxış etmiş hücumçu 2012-ci ildən Avropada legioner həyatı yaşayır. İyirmi yaşında Albaniyaya yollanan Ceyms 6 il bu ölkə klublarının formasını geyinib. O, 2012-2013-cü illərdə “Byulis”də çıxış edib. Hücumçu 2013-cü ilin ilk yarısını icarə əsasında “Tomori”də keçirib. 2014-cü ilin əvvəlində “Laçi” ilə anlaşan Adeniyi 2 il bu komandanın uğurları üçün çalışıb. Nigeriyalı legioner son 2,5 ili “Skenderbeu”da çıxış edib. Albaniya karyerasında 2 çempionluq, 2 kubok və 1 Superkubok qazanan afrikalı hücumçu bu müddətdə 216 oyunda 76 qol vurub. O, Superliqada 51 (170 oyun), kubokda 19 (26), Superkubokda 2 (2), avrokuboklarda 4 (18) dəfə rəqib qapılarına yol tapıb.

AzVision.az


Teqlər: QəbələFK  





Xəbər lenti