Polşa dünya çempionatı ilə vidalaşdı - Yenilənib

Polşa dünya çempionatı ilə vidalaşdı - Yenilənib
  25 İyun 2018    Oxunub:3367
Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının on birinci gününün sonuncu görüşü keçirilib.
AzVision.az xəbər verir ki, “H” qrupunda yer alan Polşa və Kolumbiya milliləri qarşılaşıblar. “Kazan Arena” stadionunda keçirilən oyunu meksikalı Ramos Cezar idarə edib.

Matç Kolumbiyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Polşa yığması mundialla vidalaşıb.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti