Bakı küləyi dünya çempionatına mane oldu

Bakı küləyi dünya çempionatına mane oldu
  09 İyun 2018    Oxunub:1886
Küləkli hava şəraiti ilə əlaqədar Bakıda velosiped idmanının BMX üzrə dünya çempionatında gənclər və elit kateqoriyasının iyunun 8-də keçirilməli olan təsnifat yürüşləri təxirə salınıb.
Bu səbəbdən iyunun 9-da yarış proqramında müəyyən dəyişikliklər edilib. Yeni yarış cədvəlinə əsasən, iyunun 9-da saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək.

Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək. İyirmi dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq. Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.

AzVision.az


Teqlər: BMX   Yarış   Külək  





Xəbər lenti