"Heydər Əliyev Kuboku"nun qalibi məlum oldu

"Heydər Əliyev Kuboku"nun qalibi məlum oldu
  09 İyun 2018    Oxunub:2220
Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan atçılığın konkur növü üzrə "Heydər Əliyev Kuboku" turniri başa çatıb.
Binə Atçılıq Mərkəzindəki “Elite Horse & Polo Club”un yaşıl arenasında keçirilən yarışın qalibi “Concorde 57” ləqəbli atla “Sərhədçi” klubunun idmançısı Seyid Musayev olub. Qalıb idmançıya kuboku ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 34 min manatdır.





AzVision.az


Teqlər:





Xəbər lenti