Təhsil Nazirliyinin xətti ilə 87 uşaq övladlığa verilib
Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, övladlığa götürülən uşaqların 45-i oğlan, 42-si isə qızdır.
Məlumatda qeyd edilib ki, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Psixo-nevroloji uşaq evindən övladlığa verilən 1 nəfər sağlamlıq imkanları məhdud uşağın övladlığa götürülməsi barədə məhkəmə qətnaməsi ləğv edilib.
"Övladlığa götürülmənin ləğv edilməsinin səbəbləri arasında əsasən valideynlərin uşaq tərbiyə etmək üçün təcrübəsinin olmaması, səbirsizlik, laqeyd münasibəti qeyd etmək olar. Qeyd edək ki, uşaqlar əsasən yad ailələrə övladlığa verilib"- nazirliyin məlumatında vurğulanıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Uşaq